QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

E-poçt hesablarınız təhlükə altındadır

10 Sep 2014

Rusiyanın ən böyük e-poçt xidməti "mail.ru"nun 4.6 milyon (4 664 478) istifadəçisinin istifadəçi adı və hesab şifrələri internetdə yayılıb. Bu şifrələrin 95%-nin aktiv olmayan istifadəçi hesablarına aid olduğu bildirilir. Şirkət tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, hakerlər tərəfindən internetə sızdırılan bu şifrələr fərqli zamanlarda onlar tərəfindən ələ keçirilmişdir.  Oğurlanan hesabların 5%-i isə şübhəli altındadır və şirkət bir gün içində bu hesablara xəbərdarlıq mesajı göndərəcəyini bildirib.

Həmçinin  qısa müddət öncə 1 milyona yaxın Yandex istifadəçilərinə aid hesab şifrələri də internetdə yayımlanmışdır.

Eyni zamanda 5 milyona yaxın (4 929 090)  Gmail və digər Google xidmətləri istifadəçilərinin hesablarının da təhlükə altında olduğu qeyd edilir. Məlumat bazasının aktuallığı tam təsdiq olunmayıb. Ancaq  qeyd olunan 60% e-poçt hesabının aktiv olduğu bildirilir. Google-dan verilən məlumata görə məsələ hal-hazırda araşdırılır.

Elektron Təhlükəsizlik Mərkəzi isə öz növbəsində, e-poçt hesablarınızın şifrələrini tez bir zamanda dəyişməyinizi və kompüterlərinizdə olan antivirus proqramını işə salmanızı tövsiyə edir.