Wi-Fi fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən avadanlıqdır. Wi-Fi texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik məqsədilə Wi-Fi-ya qoyulan şifrələrin bədniyyətli tərəfindən ələ keçirilməsi müəyyən problemlərə gətirib çıxarır. Təhlükə aşağıdakı xoşagəlməz hallara səbəb ola bilər:
İnternetə giriş sürətiniz dərhal azala bilər.
Bədniyyətli kompüterinizə daxil olaraq fərdi məlumatlarınızı ələ keçirə bilər.
Bədniyyətli sizin internet şəbəkənizdən istifadə edərək kibercinayətkarlıq hadisəsi törədə bilər.
Wi-Fi qurğusunun təhlükəsizliyini təmin etmək üçün aşağıdakı qaydalara əməl etməyiniz tövsiyə olunur:
1. Veb brauzerin ünvan xanasına 192.168.1.1 yazaraq modemin sazlamalarına daxil olun (Əgər daxil olmaqda problem varsa modemi “reset” [əvvəlki vəziyyətinə gətirin] edin).
2. Modem sazlamalarından daxil olaraq WPS (bəzi modemlərdə bu QSS adlanır)-i söndürmək (disable) lazımdır. Bu bədniyyətlilər tərəfindən Wi-Fi şəbəkənizə edilən müdaxilənin qarşısını alır. Açıq olan WPS–lərdən istifadə edərək bədniyyətlilər şəbəkənizə sızırlar.
Daxil olmaq üçün:
İnterface setup -> Wireless ->Use WPS (Use QSS) xanasından “no” klikləyirik.
3. WPA2-PSK şifrələməsindən (Wi-Fi Protected Access 2, Pre-Shared Key) istifadə edin. Bu ən təhlükəsiz və etibarlı şifrələmə standartı hesab olunur. Daxil olmaq üçün:
İnterface setup -> Wireless -> Authentication Type xanasına daxil olub WPA2-PSK standartını seçin.
4. İlkin Wi-Fi adını (SSID) dəyişin.Daxil olmaq üçün:
İnterface setup -> Wireless ->SSİD-yə daxil olun və dəyişin.
5. Wi-Fi adının (SSID)yayımlanmasını söndürün (disable). Bunu etməklə siz Wi-Fi əlaqənizin olduğunu gizləmiş olursunuz. Bu halda bədniyyətli sizin şəbəkəyə daxil olmaq üçün şəbəkənizin adını bilməlidir. Daxil olmaq üçün:
Interface setup -> Wireless -> Broadcast SSID-yə daxil olub, “xeyr” xanasını ( no) klikləyin.
6. Wi-Fi şifrəsini dəyişin və daha mürəkkəb şifrə seçin. Wi-Fi şəbəkəsinə giriş şifrəsini seçərkən diqqətli olun. Ən azı 8 simvoldan ibarət olan və tərkibində hərf, rəqəm və xüsusi simvollar olan şifrəyə üstünlük verin. Daxil olmaq üçün:
Interface setup -> Wireless->Pre-Shared Key xanasından şifrənizi yenisi ilə əvəz edə bilərsiniz.
7. Modem sazlamalarından “MAC-Filtering"-funksiyasından istifadə etməklə, şəbəkəyə qoşulan qurğuları özünüz müəyyənləşdirə bilərsiniz. Bu şəbəkəyə yalnız icazə verdiyiniz xüsusi qurğuların qoşulmasına imkan verir.
- İlkin olaraq siz MAC ünvanları müəyyənləşdirirsiniz. Bunun üçün modem sazlamalarından Status bölməsinə daxil olub MAC ünvanları öyrənirsiniz. Burada sizə məxsus ünvanlar mövcuddursa, onları seçin və yadda saxlayın. Əgər başqa qurğulara məxsus MAC ünvanlar varsa onlar bədniyyətli şəxslərdir ki, sizin şəbəkənizə icazəsiz qoşulmuşlar.
- Daha sonra Wireless -> Wireless MAC Address filter -> Activation (yandırın) xanasına klikləyin.
- Action bölməsində icazə verin (Allow association) xanasına klikləyin və götürdüyünüz sizə məxsus MAC ünvanları MAC adreess bölməsinə yazın.
8. Modem sazlamalarında hər menyuda etdiyiniz dəyişiklikdən sonra “Save” xanasını klikləyərək dəyişiklikləri yadda saxlayın.
9. Kompüterinizdə Firewall-u yandırın (enable).