Təchizat zənciri hücumlarında hədəf bəzən siz deyilsiniz — sizinlə işləyən tərəfdaşlardır. Kiberdələduzlar zəif qorunan vendorlar və ya xidmət təminatçılarından istifadə edərək əsas sistemlərə sızmağa çalışa bilərlər.
Müəssisə səviyyəsində görülməli əsas addımlar:
* Təchizatçılarla əməkdaşlıqdan əvvəl onların təhlükəsizlik siyasətini qiymətləndirin.
* İstifadə olunan proqram təminatlarını daim yeniləyin.
* İşçilərə sosial mühəndislik və fişinq barədə təlimlər verin.
Texniki səviyyədə görülməli tədbirlər:
* Şəbəkə seqmentasiyası tətbiq olunaraq riskli hallarda zərərin yayılması məhdudlaşdırılmalıdır.
* Minimum giriş prinsipi əsasında istifadəçilərə yalnız zəruri icazələr verilməlidir.
* Vendor riskləri qiymətləndirilməli və yüksək riskli tərəfdaşlara əlavə nəzarətlər tətbiq olunmalıdır.
* Audit və monitorinq vasitəsilə təchizatçıların sistemlərə çıxışı izlənilməlidir.
* SLA, NDA və müqavilələrdə kibertəhlükəsizlik öhdəlikləri açıq şəkildə göstərilməlidir.
* Zəifliklərin aşkarlanması üçün sistemlər mütəmadi skan edilməlidir.
Unutmayın: Təchizatçının təhlükəsizliyi — sizin təhlükəsizliyinizdir.
Təchizat zənciri hücumları
19 May 2025