QAYNAR XƏTT 1654

Fərdi məlumatlarınızla bağlı qanun pozuntusunu şikayət etmək hüququnuz var!

13 Jun 2025

Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxır, onları araşdırır və qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görür.

Fərdi məlumatlarla bağlı hüquq pozuntusunu 1654 qaynar xəttinə zəng edərək və yaz info@cert.az e-poçt ünvanına müvafiq məlumatları (ad, soyad, əlaqə vasitəsi, müraciətin məzmunu və s.) qeyd etməklə  bildirə bilərsiniz.