QAYNAR XƏTT 1654

Fərdi məlumatlarınızın yenilənməsini tələb etmək hüququnuz var!

12 Jun 2025

Fərdi məlumatlarınız informasiya sistemlərinə düzgün və tam formada daxil edilməyə və ya düzgün daxil edilməsinə baxmayaraq hal-hazırda aktual olmaya bilər. Fərdi məlumatlarınızın informasiya sisteminə düzgün daxil edilməməsi və işlənilmiş məlumatın aktuallığını itirmiş olması nətiəsində siz həm mənəvi, həm də maddi zərərə məruz qala bilərsiniz.

Məlumatlarınızın yenilənməsi barədə sorğunuz ən geci 7 iş günü keçənədək cavablandırılmalıdır (üçüncü şəxsə müraciət etmək zərurəti yarandıqda, sorğunun icra müddəti daha 7 iş günü uzadıla bilər). Sorğunuzdan imtina edildikdə, əsaslandırılmaqla 5 iş günü ərzində məlumatlandırılmalısınız.