QAYNAR XƏTT 1654

Saxta kripto layihələrinə qarşı diqqətli olun!

18 Jul 2025

İnternet mühitində saxta kriptovalyuta layihələri ilə tez-tez rastlaşmaq mümkündür. Belə ki, dələduzlar sosial media platformalarında müxtəlif üsullarla istifadəçiləri aldatmağa çalışırlar:

Telegram – Saxta kanallar və hesablar yaradılır. “Gizli investisiya fürsəti”, “tez qazanc” kimi mesajlarla istifadəçilər aldadılır və pul köçürmələri tələb olunur.
X – Tanınmış şəxslərin və şirkətlərin adından saxta profillər açılır. Saxta layihələr reklam edilir, şərhlərdə isə zərərli linklər paylaşılır.
Facebook – Sponsorlu postlar və real insanlara bənzər saxta hesablar üzərindən istifadəçilər ilə əlaqə qurulur, investisiya adı altında maliyyə vəsaiti və fərdi məlumatlar tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı ayıq olmağı, investisiya təkliflərini diqqətlə araşdırmağı və şübhəli linklərə daxil olmamağı tövsiyə edir.