QAYNAR XƏTT 1654

Wearable cihazların təhlükəsizliyi

04 Jul 2025

Smart saatlar, fitness bilərzikləri, ağıllı eynəklər... bu tip texnologiyalar gündəlik həyatımızı asanlaşdırsa da, kibertəhlükələrə açıq ola bilər!

Bu cihazlar yer (ünvan) məlumatları, sağlamlıq göstəriciləri, telefonla sinxronlaşdırılmış mesajlar və zəng tarixçəsi kimi fərdi məlumatlara çıxış əldə edir. Bu məlumatlar sızdırıldıqda sosial mühəndislik və fişinq hücumlarına zəmin yarana bilər.

Wearable cihazlardan istifadədə  nəzərə alınmalı əlavə təhlükəsizlik qaydaları:

  •  İkimərhələli təsdiqləməni aktiv edin.
  •  Naməlum tətbiqlərə və bağlantılara icazə verməyin.
  •  Cihazınızı itirdikdə və ya satdıqda məlumatları tam silin.