Barənizdə hansı fərdi məlumatların toplanıb və işlənildiyini bilmək istəyirsiniz?
Bu barədə fərdi məlumatlarınızı toplayan və işləyən tərəflərə sorğu göndərməlisiniz.
Unutmayın, hüququnuzu kağız formatında yazılı ərizə və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə və ya gücləndirilmiş elektron imzalı elektron sorğu verməklə həyata keçirə bilərsiniz. Fərdi məlumatlarınızı işləyən tərəflər ödənişsiz olaraq sizə fərdi məlumatlarınızı təqdim etməlidir.
– Sorğunuz ən gec 7 iş günü ərzində cavablandırılmalıdır (üçüncü şəxsə müraciət etmək zərurəti yarandıqda sorğunun icra müddəti 7 iş günü daha uzadıla bilər).
– Sorğunuzdan imtina edildikdə sizə 5 iş günü ərzində əsaslandırılmaqla məlumat verilməlidir.


