QAYNAR XƏTT 1654

Onlayn oyunlarda təhlükələr!

10 Apr 2025

Kibermühitdə müxtəlif risklər mövcuddur. Onlardan biri də zərərli oyunların yaratdığı təhlükələrdir. Bu cür oyunlar vasitəsilə uşaqlar bir sıra təhlükələrə məruz qala bilər. Onların təhlükəsizliyi üçün:

• Oyun dostlarını tanıyın, məsələn, övladınız kimlərlə ünsiyyət qurur?
• Ad, soyad, ünvan, telefon nömrəsi, kart məlumatları və s. kimi informasiyaları paylaşmamağı bildirin.
• Şübhəli linklərə daxil olmamağı çatdırın.
• Oyun icmalarında neqativ təsirlərdən qoruyun, kiberzorakılıqla üzləşdikdə məlumat verməyi tövsiyə edin.

Bununla yanaşı onların fiziki sağlamlığı üçün cihazlarlarla bağlı vaxt limitləri təyin edin. Texnologiyanı düzgün idarə edin, övladınızı təhlükəsiz saxlayın!