Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşı Elmir Quluzadə Cənubi Koreyanın Seul şəhərində keçirilən “ISCR 2026” – “International Symposium on Cybercrime Response” beynəlxalq simpoziumunda iştirak edib.
Koreya Milli Polis Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri, beynəlxalq təşkilatlar və qlobal informasiya texnologiyaları şirkətlərinin təmsilçiləri bir araya gəlib.
Simpoziumun əsas müzakirə mövzuları arasında süni intellekt və digər qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilən kibercinayətlərlə mübarizə, rəqəmsal ekspertiza, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və kibertəhdidlərə qarşı texnoloji imkanlarının inkişaf etdirilməsi yer alıb.
Tədbir çərçivəsində iştirakçılar yeni yaranan kibertəhdidlərə qarşı beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi istiqamətində təcrübə mübadiləsi aparıblar.


