Azərbaycan Respublikası Prezidentinin imzaladığı yeni qanunla ölkəmizdə kibertəhlükəsizliyin müasir hüquqi və institusional tənzimlənməsi istiqamətində mühüm addım atılıb.
Qanunla kibertəhlükəsizlik sahəsində fəaliyyətin tənzimlənməsi və koordinasiyası məqsədilə bir sıra mühüm müddəalar müəyyən edilir. Belə ki:
• qanunvericiliyə “informasiya infrastrukturu”, “kibertəhlükəsizlik”, “kibergigiyena”, “proaktiv kibertəhlükəsizlik tədqiqatı”, “ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu”, “rəqəmsal tədqiqat”, “CERT”, “SOC” və “Milli CERT” kimi yeni anlayışlar daxil edilir;
• ölkə üzrə kibertəhlükəsizlik fəaliyyətinin koordinasiyasının təmin edilməsi məqsədilə Milli CERT yaradılır və onun fəaliyyət mexanizmi müəyyən edilir;
• ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarının kibertəhlükəsizliyinə dair ümumi və xüsusi tələblər müəyyənləşdirilir;
• CERT və SOC-ların reyestrinin aparılması qaydaları təsbit edilir;
• kiberinsidentlərin rəqəmsal tədqiqinin hüquqi əsasları formalaşdırılır.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyi Milli CERT müəyyən edilib. Agentlik ölkə üzrə kibertəhlükəsizlik fəaliyyətinin koordinasiyasını həyata keçirəcək.
Qanun və Fərmanla ətraflı tanış olmaq üçün:
