QAYNAR XƏTT 1654

MKA əməkdaşı “Fal.Con 2026” beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak edib.

07 Sep 2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşı Bayram Şirinov ABŞ-nin Las-Veqas şəhərində keçirilən “Fal.Con 2026” beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak edib.

Konfrans çərçivəsində süni intellekt dövründə kibertəhlükəsizlik, yeni nəsil SOC yanaşmaları, təhdid kəşfiyyatı, bulud və identifikasiya təhlükəsizliyi, eləcə də insidentlərin avtomatlaşdırılmış idarə olunması müzakirə edilib. Həmçinin süni intellekt əsaslı təhlükəsizlik həlləri, yeni nəsil SIEM və orkestrasiya platformaları təqdim olunub, sahə üzrə ekspertlərlə müasir kibertəhdidlər və qabaqcıl beynəlxalq təcrübə ətrafında fikir mübadiləsi aparılıb.

“Fal.Con 2026” kibertəhlükəsizlik rəhbərlərini, SOC mütəxəssislərini, təhdid araşdırmaçılarını, insidentlərə cavab üzrə mütəxəssisləri və aparıcı texnologiya şirkətlərinin nümayəndələrini bir araya gətirib. Konfrans müasir kibertəhdidlərin qiymətləndirilməsi, qabaqcıl texnologiyaların təhlükəsizlik əməliyyatlarına inteqrasiyası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.