Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi ilə Latviya Respublikasının Dövlət Məlumat Müfəttişliyi arasında fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihə və proqramların həyata keçirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin fərdi məlumatların işlənilməsi zamanı insan hüquqlarının qorunmasına töhfə verməkdir.
Sənəd tərəflər arasında qabaqcıl təcrübələrin paylaşılması, institusional potensialın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Eyni zamanda memorandum regionda fərdi məlumatların mühafizəsi sahəsində effektiv və dayanıqlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına töhfə verəcək.

