QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Mərkəzi Gürcüstanda kibertəhlükəsizlik mövzusunda görüş keçirib

21 Jul 2014

 

Cari ilin 17-18 iyul tarixlərində Elektron Təhlükəsizlik Mərkəzinin bir qrup əməkdaşı Gürcüstanın Ədliyyə Nazirliyinə məxsus Kibertəhlükəsizlik Mərkəzində olublar.


Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Ədliyyə Nazirliyinə məxsus DataExchange Agentliyi ilə görüş keçirib. Görüşdə məqsəd Gürcüstanla Azərbaycan arasında kibertəhlükəsizlik mövzusunda əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin gerçəkləşdirilməsi olub.

Görüş çərçivəsində bölgədə kibertəhlükəsizlik səviyyəsinin artırılması məqsədilə birgə əməkdaşlığa dair fikir mübadiləsi və müzakirələr aparılıb. Bundan başqa, Azərbaycandan olan nümayəndə heyəti Gürcüstanın kibertəhlükəsizlik sahəsində qanunvericilik və normativ-hüquqi aktlarla tanış olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru F.Fərmanovun sözlərinə görə, ümumilikdə bu görüş kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın artırılması məqsədilə ölkəmiz üçün əhəmiyyətli və faydalı səciyyələndirilə bilər