
Azərbaycan informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini bildirir. Belə ki, Kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət edə bilərsiniz. Bu məqsədlə ETM-in qaynar xətti: 1654, epoçt: reports@cert.az və ya www.cert.az ünvanından faydalana bilərsiniz.