QAYNAR XƏTT 1654

Zərərverici "Adobe Invoice.doc." faylı

03 Oct 2014

MX Lab, “Adobe İnvoice” mövzusu ilə göndərilən e-poçt vasitəsilə yayılan yeni troyanın qarşısını almağa başladı. Bu  saxta e-poçt mesajı “Adobe Billing” istifadəçi adı ilə  billing@adobe.com e-poçt ünvanı vasitəsi ilə göndərilir və  mətn aşağıdakı formadadır:

 

 

 

 

Dear Customer,

Thank you for signing up for Adobe Creative Cloud Service.

Attached is your copy of the invoice.
Thank you for your purchase.

Thank you,
The Adobe Team
Adobe Creative Cloud Service

Göndərilən e-poçta əlavə olunmuş faylın adı “Adobe Invoice.doc.” -dur və  42 kb həcmindədir.

Bu troyan W97M.Dropper.F, VBA/TrojanDownloader.Agent.AZ, MSOffice/Agent!tr və ya Win32.Trojan.Macro.Dxmz. adı ilə tanınır.

ETM e-poçtunuza bu mövzuda daxil olmuş  mesajdakı əlavə olunmuş faylı yükləməməyi və həmin mesajı dərhal silməyi tövsiyə edir. 

 

Mənbə: www.mxlab.eu