Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Cənubi Koreyada fəaliyyət göstərən “Cybersecurity Alliance for Mutual Progress” (CAMP) təşkilatına üzv olub.
Kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən təşkilatın missiyası daha təhlükəsiz kibermühitin təmin olunması üçün qlobal əməkdaşlığın qurulmasıdır. Təşkilat inkişaf etməkdə olan ölkələrin kiberməkanda təhlükəsizliyinin təmin olunması və bu prosesdə sıx əlaqələrin qurulması məqsədi ilə yaradılıb. Eyni zamanda təşkilat kibertəhlükəsizlik məsələləri ilə bağlı üzvlərinə lazımi metodiki köməklik göstərir.
Beynəlxalq təşkilata üzvlük ölkəmizə kibertəhlükəsizlik sahəsində ən son yeniliklər, kibertəhlükələr, hesabatlar barədə müntəzəm məlumatları əldə etməyə imkan verəcək.