Hacker kimdir?
“Hacker” termini əvvəllər yüksək ixtisaslı proqramçılar üçün istifadə olunurdu. İndi isə kompüter sistemlərinə müdaxilə etmək üçün proqram təminatlarının təhlükəsizlik çatışmazlıqlarından istifadə edən pisniyyətliləri hacker adlandırırlar.
Hackerlər xüsusi kompüterlərdən başqa böyük şəbəkələri hack edirlər. Sistemə giriş əldə etməklə, konfidensial məlumatları ələ keçirir və ya ziyanverici proqramlar quraşdırırlar. Həmçinin, spamları yaymaq üçün ələ keçirilmiş kompüterlərdən istifadə edirlər.
Təhlükəsizlik çatışmazlıqları nədir?
Müasir tətbiqetmələr olduqca mürəkkəbdir. Belə ki, onlar minlərlə sətirdən ibarət kodlardan kompilyasiya olunurlar. Lakin, bu kodlar insanlar tərəfindən yazılır. İnsanlar isə hər zaman xəta törədə bilərlər. Buna görə də, proqramlardakı səhvlərin hücumlara vasitə olması təəccübləndirici deyil. Bu çatışmazlıqlar hackerlərə sistemə nüfuz etməyə imkan verir. Ziyanverici proqramları yazan proqramçılar isə proqramların kodlarındakı səhvlərdən istifadə edərək kompüterlərdə ziyanverici proqramların kompüterdə avtomatik şəkildə işə düşməsini təmin edirlər.
Hacker hücumlarından necə mühafizə olunmalı?
Hackerlər – proqramlardakı boşluqları, çatışmazlıqları istifadə edərək sizin kompüter sisteminizə nüfuz edirlər. Onlardan mühafizə üçün xüsusi texnologiyadan – firewall-dan istifadə etmək lazımdır. Firewall - hacking cəhdlərini aşkar edir və hakerlər üçün kompüterinizi görünməz edir. Firewall bütün bunları xüsusi proqram təminatlarından istifadə etməklə təmin edir.