QAYNAR XƏTT 1654

Azərbaycan İsraillə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir

24 Jan 2014

Azərbaycan informasiya təhlükəsizliyinin təmin edilməsində İsrailin təcrübəsindən istifadə etmək niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, kibercinayətkarlıqla effektiv mübarizə  yollarının araşdırılması və əməkdaşlıq  məqsədi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbərliyi İsraildə səfərdədir. 
 
İsraildə kibertəhdidlərlə mübarizə üzrə “e-gov” strukturu olan “TEXİLA” 1997-ci ildə, 2002-ci ildə isə Milli İnformasiya Təhlükəsizliyi İdarəsi yaradılıb. Bununla yanaşı, 2012-ci ilin yanvar ayında ölkədə Milli kiberqərargah təsis edilib. Hazırda bu qərargah kibermühitdə milli siyasətin formalaşması, özəl sektorla kompüter təhlükəsizliyi sahəsində tərəfdaşlıq və s. sahələrə cavabdehdir.
 
Milli kiberqərargah İsrail kibermühafizəsinin əsasını təşkil edən və təhlükəsizlik strukturları, dövlət və özəl sektor arasında məlumat mübadiləsinə cavab verən milli “situasiya otağı”nın yaradılması layihəsini həyata keçirib. İsraildə İqtisadi İnkişaf Nazirliyi ilə birgə kompüter təhlükəsizliyi sənayesinin inkişafına təkan verəcək xüsusi proqram işlənib. Bu proqram 2013-2015-ci illəri əhatə edir və ümumi dəyəri 22 milyon dollardır.

 

Mənbə: www.ictnews.az