Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) dəstəyi ilə qurumun əməkdaşları üçün “Süni intellektdən təhlükəsiz istifadə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirin əsas məqsədi əməkdaşların rəqəmsal risklər barədə məlumatlılığını artırmaq, süni intellekt alətlərindən istifadə zamanı yarana biləcək təhlükələr, bu texnologiyadan istifadə edilməklə həyata keçirilən dələduzluq hallarının vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması ilə bağlı biliklərini gücləndirmək olub.
Maarifləndirmə tədbirində 25 əməkdaş iştirak edib. Tədbir çərçivəsində real nümunələr əsasında müzakirələr aparılıb, gündəlik iş prosesində qarşılaşılan kibertəhdidlər və bu risklərdən qorunma yolları izah edilib.





