QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurası Dəyirmi Masa keçirəcək

22 Jan 2014

 

 

 

 

 

 

 

Azərbaycan İnternet Forumu RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzi, Mətbuat Şurası ilə birgə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirəcək. Tədbirin keçirilməsində məqsəd İnternet media qurumlarının fəaliyyətində mövcud və yarana biləcək kibertəhlükələr, onların aradan qaldırılması üsulları barədə mətbuatı məlumatlandırmaqdır. 

Tədbirdə qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi məsələlərinə cavabdeh dövlət qurumu olan Elektron Təhlükəsizlik Mərkəzinin informasiya təhlükəsizliyinin qorunması istiqamətində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri haqqında məlumatlar veriləcək.

Dəyirmi Masada ölkənin xəbər portallarına, İnternet media resurslarına virtual hücumlar və “informasiya terroru”, DDoS hücumların mahiyyəti və ondan qorunmaq metodları haqqında müzakirələr aparılacaq. İnformasiya təhlükəsizliyi sahəsində ekspertlərin iştirakı ilə keçiriləcək tədbirdə İnternet Medianın informasiya təhlükəsizliyinin qorunması üçün zəruri olan tədbirlər haqqında tövsiyələr səsləndiriləcək. 

Tədbirdə xəbər portallarının redaktorları və təhlükəsizliklə bağlı məsul şəxslərin iştirakı nəzərdə tutulmuşdur. Tədbirin növbəti ayın əvvəli keçirilməsi planlaşdırılır.