Avropa Birliyinin Təhlükəsiz Sərhədlər layihəsi çərçivəsində 2004-cü ildən etibarən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (İNSAFE) tərəfindən hər ilin fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günü "Təhlükəsiz İnternet günü" təşkil edilir. Bu il 10 fevral tarixinə təsadüf edən "Təhlükəsiz İnternet günü" hal-hazırda 100-dən çox ölkədə qeyd edilməkdədir.
Hər ilin fevral ayında keçirilən “Təhlükəsiz İnternet günü” dünyada gənclər və uşaqlar arasında onlayn texnologiyaların və mobil telefonların daha məsuliyyətli və təhlükəsiz istifadəsini təbliğ etmək məqsədi ilə təşkil edilir.
Qeyd edək ki, bu il təhlükəsiz internet günü “Daha yaxşı internet yaradaq” şüarı ilə keçirilir.