QAYNAR XƏTT 1654

“Twitter”dən təhlükəsiz istifadə qaydaları

30 Nov 2016

Twitter sosial şəbəkəsində yaradılan hesabın təhlükəsiz fəaliyyəti üçün aşağıdakı tədbirlərə riayət etməyiniz tövsiyə olunur:

  • Kompüterdə mütəmadi olaraq yenilənmiş və lisenziyalı əməliyyat sistemindən, antivirus və veb brauzerdən istifadə etdiyinizdən əmin olun. Eyni zamanda antivirusdan istifadə edərək kompüterinizi mütəmadi olaraq virus, troyan və digər ziyanvericlərdən skan edin. 
  • Həm sosial şəbəkə hesabınızda mesaj qutusuna, həm də e-poçt vasitəsilə naməlum şəxslərdən gələn naməlum keçidlərə klikləməyin. Bu halda kompüterə ziyanverici proqamlar yüklənə və işə düşərək sosial şəbəkə və ya digər hesablara giriş məlumatlarını əldə edə bilərlər. Eyni zamanda bu kimi ziyanvericilər sosial şəbəkə hesabınızda əlaqəsiz məzmun paylaşmaq funksiyasına malikdirlər.
  • Sosial şəbəkə hesabınıza güclü şifrə təyin edin. Hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət təxmin edilməsi asan olmayan ən azı 10 simvoldan ibarət mürəkkəb şifrədən istifadə edin. Eyni zamanda şifrəni nizamlı aralıqlarla (məsələn, hər 3 ayda bir) dəyişdirmək hesabın təhlükəsizliyini qorumaq üçün əhəmiyyətlidir.
  • Səhifəyə daxil olarkən Twitter.com üzərindən daxil olduğunuzdan əmin olun. Belə ki, “phishing” adlı texnikadan istifadə etməklə, sizi başqa səhifəyə yönəldərək öz hesab məlumatlarınızı saxta ünvana daxil etmənizə gətirib çıxara bilərlər.
  • İki mərhələli təsdiqləmədən ( two-step verification ) istifadə edin. Başqa bir qurğudan twitter hesabınıza daxil olmağa cəhd olunarkən, bu barədə sizin mobil telefonunuza təsdiq kodu daxil olacaq. Yalnız onun sizin tərəfinizdən təsdiqindən sonra başqa bir qurğunun hesabınıza daxil olub olmamasına icazə vermiş olacaqsınız.
  • Twitter hesabınızı 3-cü tərəflərin (3rd party app)  istifadəsindən mühafizə edin. Twiiter hesabı üzərindən təklif olunan tətbiqetmələrə qoşularkən, istifadəçidən fərdi məlumatlar tələb olunur.bOdur ki, bu kimi tətbiqetmələr vasitəsilə xoşagəlməz hallar yaşana bilər.