11-12 mart tarixlərində “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə “Hackathon” müsabiqəsi təşkil olunacaq.
Müsabiqənin keçirilməsində məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin (IDS üçün skript, modul və ya proqram həlli) təqdim edilməsidir.
Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzr bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.
İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində yazmaq (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri ilə (Windows Server Ailəsi və Linux Serverlər) işləmək üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik olmalıdır.
TƏLİMAT
- Müsabiqəyə komanda (maks. 4 nəfər) və ya fərdi şəkildə qoşulmaq mümkündür;
- İştirakçılar parametrləri tapşırığı yerinə yetirməyə müvafiq olan notbuklarını özləri ilə gətirməlidirlər;
- İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik olmalıdır.
- İştirakı təsdiq olunan şəxslərə məlumat e-poçt vasitəsilə göndəriləcək.
I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
Yarışlarda iştirak etmək istəyən şəxslər www.cyberweek.az saytından qeydiyyatdan keçərək müsabiqəyə qoşula bilərlər. Yarışa komanda və ya fərdi şəkildə qoşulmaq mümkündür. Müsabiqə 11-12 mart tarixlərində YT Parkda baş tutacaq.
Qeydiyyat üçün həmçinin aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
info@cert.az
Əlaqə: +994 12 493 20 57
"Hackathon"un Gündəliyi
Məkan: Yüksək Texnologiyalar Parkı
Ünvan: Mikayıl Müşfiq, 2H
11 mart 12 mart
09:00 - Qeydiyyat 10:00 - Hackathon sessiyasının davamı
10:00 - Açılış-salamlama 13:00 - Nahar fasiləsi
10:10 - Tapşırıqların elan olunması 14:00 - Hackathon sessiyası
10:30 - Komandaların bölünməsi 15:00 - Nəticələrin təqdimatı
11:00 - Çay / kofe fasiləsi 16:00 - Münsiflərin müzakirəsi
11:30 - Hackathon sessiyası 16:30 - Qalibin elan olunması
13:00 - Nahar fasiləsi 17:00 - Tədbirin sonu
19:00 - Şam yeməyi
Hackathon gecə boyu davam edir