Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hackaton olan "Aquahack" müsabiqəsi yekunlaşıb.
Müsabiqəyə dəstək verən qurumlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də yer alıb. Belə ki, Aquahack müsabiqəsi çərçivəsində baş tutan silsilə vebinarlardan biri NRYTN yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva tərəfindən həyata keçirilib.
Qeyd edək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.
Elektron Təhülkəsizlik Xidməti hər zaman ölkədə bu sahədə yeni kadrların üzə çıxarılmasına, inkişaf etdirilməsinə, kadr potensialının arıtırılmasına yönələn hackaton müsabiqələrinin həyata keçirilməsində əsas təşəbbüskarlardan və dəstəkçilərdən biri olaraq çıxış etməkdədir.