QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidməti yeni vakansiya elan edir!

11 Jun 2020

Elektron Təhlükəsizlik Xidməti aşağıdakı istiqamətlər üzrə bilik və təcrübəyə malik olan mütəxəssislər axtarır:

1. kibertəhlükəsizlik istiqaməti - aşağıdakı sahələrin bir və ya bir neçəsi üzrə bilik və təcrübəsi olan şəxslər müraciət edə bilər.

• kod analizi

• penetrasiya testlərinin keçirilməsi

• malware analiz

2. rəqəmsal hüquq istiqaməti - aşağıdakı sahələr üzrə bilik və təcrübəsi olan şəxslər müraciət edə bilər.

• informasiya təhlükəsizliyi hüququ

• kiber qanunvericilik

Qeyd olunan tələblərə uyğun olan şəxslər öz CV-lərini vacancy@cert.az e-poçt ünvanına göndərə, həmçinin, məlumat üçün 1654 qısa nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər.

CV-lərə baxıldıqdan sonra vakansiyalara uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.