QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşları Azərbaycan Hökumətinin BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası üzrə dövri məruzəsinin təqdimatında iştirak ediblər

07 Feb 2023

Yanvarın 23-24-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyasında Azərbaycan Hökumətinin BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti iştirak edib.  

İclasda çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov uşaqların internetdən qaynaqlanan cinsi istismar və zorakılıqdan qorunması üçün görülən tədbirlərdən danışıb və bu mövzuda ekspertləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nümayəndəsinin rəhbərlik etdiyi heyətin tərkibində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyinin təmsilçiləri də yer alıblar.