QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidməti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi gənclər üçün maarifləndirmə tədbiri keçirib

25 Jul 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər üçün maarifləndirmə tədbiri təşkil olunub

Ümumilikdə 32 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib

Tədbirin keçirilməsində məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması sahəsində, eləcə də sosial şəbəkələrdən istifadə qaydaları kimi mövzularda gənclərin maarifləndirilməsini həyata keçirməkdir.