QAYNAR XƏTT 1654

Bakı Expo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX 2024)

08 Oct 2024

26 sentyabr tarixində Bakı Expo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX 2024) çərçivəsində "Kibertəhlükəsizlikdə və hərbi sənayedə süni intellektin etik istifadəsinə beynəlxalq nəzarətin tənzimlənməsi" mövzusunda Panel müzakirəsi keçirildi.
Panel müzakirəsində Elektron Təhlükəsizlik Xidmətinin Hüquq və tənzimlənmə sektorunun baş məsləhətçisi Selcan Ağasərkari “Süni intellektin hüquqi tənzimlənməsi: Beynəlxalq standartlar və milli siyasət” adlı təqdimatla çıxış etdi.

Əməkdaşımız digər iştirakçılarla birgə süni intellektin etik və hüquqi tənzimlənməsi, müasir dövrün tələbləri və beynəlxalq standartlara uyğunluq məsələləri barədə fikir mübadiləsi apardı. Həmçinin, müzakirə zamanı süni intellektin gələcəkdəki inkişafı və tətbiqi üçün hüquqi çərçivələrin əhəmiyyəti vurğulandı.

 

Digər xəbərlər