QAYNAR XƏTT 1654

"Risk Ready: Təhlükəsiz Maliyyə Gələcəyinə Birlikdə Addımlayırıq" mövzusunda tədbir keçirilib

16 Dec 2024

6 dekabr tarixində "LexisNexis Risk Solutions" şirkətinin təşəbbüsü və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin (AzFina) təşkilatçılığı ilə "Risk Ready: Təhlükəsiz Maliyyə Gələcəyinə Birlikdə Addımlayırıq" mövzusunda tədbir keçirilib.

Tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin (ETX) əməkdaşı Rövşən Rəhimli Azərbaycana qarşı kiberdələduzluq fəaliyyəti həyata keçirən qabaqcıl davamlı təhdid (APT) qrupları və onların kiberhücum metodları haqqında ətraflı məlumat verib.

Tədbirin əsas məqsədi kiberdələduzluğun qarşısının alınması, innovativ strategiyaların hazırlanması və sahə üzrə dəyərli əlaqələrin qurulması istiqamətində müzakirələr aparmaq olmuşdur.