Tədbirin məqsədi elektron resurslara qarşı rəqəmsal risklərin qlobal səviyyədə vüsət aldığı bir şəraitdə potensial təhlükələri müəyyənləşdirmək, onları proaktiv şəkildə aradan qaldırmaq, kibertəhlükələrdən qorunmaq məqsədilə məlumatlılığın artırılması olub.
Ümumilikdə 30 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları “Kibertəhlükəsizliyin təməlləri” və “Onlayn mühitdə kibertəhlükəsizlik” mövzularında çıxışlar ediblər.
Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşları potensial təhdidlərdən qorunmaq, eləcə də gələcək kiberhücumlardan daha yaxşı müdafiə oluna bilmək üçün kiberhücum motivləri və üsulları, mövcud kibertəhdidlər və internetdən təhlükəsiz istifadəni təmin edən kibergigiyena qaydaları barədə məlumat verib və sualları cavablandırıblar.
Məlumatlılıq səviyyəsi və təlimin effektliliyinin ölçülməsi üçün test tapşırıqları icra edilib.