QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidmətinin nümayəndə heyəti fərdi məlumatların mühafizəsi üzrə beynəlxalq tədbirdə iştirak edib

13 Mar 2024

 

 

Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndə heyəti 28 fevral – 1 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən 22-ci Mərkəzi və Şərqi Avropanın məlumatların mühafizəsi üzrə məsul qurumlarının illik iclasında (CEEDPA) iştirak edib.

Tədbirin məqsədi fərdi məlumatların mühafizəsinin vacibliyinə diqqəti çəkmək, sahə üzrə beynəlxalq standartların tətbiqini təşviq etmək və ən yaxşı təcrübələri bölüşmək olub. Tədbir iştirakçıları fərdi məlumatların mühafizəsinin müxtəlif aspektlərini və aktual problemlərini müzakirə ediblər.

ETX-nin nümayəndə heyəti müzakirələrdə fəal iştirak edərək müxtəlif sahələrdə, o cümlədən sahə üzrə subyektlərin şikayətlərinin araşdırılması, fərdi məlumatların mühafizəsinin təmin edilməməsi hallarının tədqiqi, fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təcrübələrini bölüşüb.

Qeyd edək ki, 2001-ci ildən etibarən Mərkəzi və Şərqi Avropanın fərdi məlumatların mühafizəsi üzrə məsul qurumları sahə üzrə aktual problemləri və həll yollarını müzakirə etmək və üzv ölkələrdə fərdi məlumatların mühafizəsinə töhfə vermək üçün hər il bir araya gəlirlər.