Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatların qanunsuz toplanması, işlənməsi və mühafizəsinin təmin edilməməsi səbəbindən hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxır, onları araşdırır və qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görür.
Fərdi məlumatlarla bağlı hüquq pozuntusunu veb-saytımızın ana səhifəsinə keçid edib, “Fərdi məlumatlarla bağlı hüquq pozuntusunu bildirin” bölməsindəki formanı dolduraraq və ya 1654 qaynar xətti ilə əlaqə saxlayaraq bildirə bilərsiniz.
Fərdi məlumatlarınızla bağlı hüquq pozuntularını şikayət etmək hüququnuz var!
23 Apr 2024