Fərdi məlumatlarınızın məhv edilməsini tələb etmək hüququnuzun olduğunu bilirsinizmi?
Bunun üçün fərdi məlumatlarınızı işləyən tərəflərə sorğu göndərməlisiniz. Unutmayın ki, hüququnuzu kağız formatında yazılı ərizə və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə və ya gücləndirilmiş elektron imzalı elektron sorğu verməklə həyata keçirə bilərsiniz.
- Sorğunuz ən gec 7 iş günü ərzində cavablandırılmalıdır (üçüncü şəxsə müraciət etmək zərurəti yarandıqda sorğunun icra müddəti 7 iş günü daha uzadıla bilər);
– sorğunuzdan imtina edildikdə sizə 5 iş günü ərzində əsaslandırılmaqla məlumat verilməlidir.