Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər üçün maarifləndirmə tədbirləri davam edir.
Ümumilikdə 30 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.
Tədbirin keçirilməsində məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması sahəsində, eləcə də sosial şəbəkələrdən istifadə qaydaları kimi mövzularda gənclərin maarifləndirilməsini həyata keçirməkdir.