QAYNAR XƏTT 1654

28 fevral 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Elektron Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri təşkil edilib

13 Mar 2024

 

28 fevral 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Elektron Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı və “TikTok”un Şərqi Avropa üzrə nümayəndəliyinin iştirakı ilə valideynlər və müəllimlər üçün maarifləndirmə tədbiri təşkil edilib. Sözügedən tədbirdə ETX əməkdaşı “Onlayn mühitdə kibertəhlükəsizlik” mövzusunda çıxış edib. Bununla yanaşı “TikTok”un nümayəndəsi “TikTok icma qaydaları və uşaqlar üçün zərərli məzmun” mövzusunda çıxış edərək, bu istiqamətdə tədbir iştirakçıları ilə müzakirələr aparıb.