QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidməti İƏT-ə üzv dövlətlərin fərdi məlumatların mühafizəsi üzrə məsul qurumlarının I forumunda təmsil olunub

13 Jun 2024

 

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fərdi məlumatların mühafizəsi üzrə məsul qurumlarının I forumu keçirilib. Tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun müdiri Xəyalə Babayeva iştirak edib.

Forumun təsis edilməsində məqsəd üzv dövlətlərdə fərdi məlumatların işlənilməsi zamanı insan hüquq və azadlıqlarının qorunmasına, milli və regional səviyyədə fərdi məlumatların mühafizəsinin gücləndirilməsinə töhfə vermək niyyəti ilə çoxtərəfli əməkdaşlıq mexanizminin qurulması, ortaq platformanın yaradılması və bu sahədə səylərin birləşdirilməsidir.

Tədbir iştirakçıları öz ölkələrində fərdi məlumatların mühafizəsi ilə bağlı görülən işlər barədə məlumat verib, bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, gələcək fəaliyyətlə bağlı müzakirələr aparıblar.

Gələcəkdə forumun digər üzv dövlətlərdə, o cümlədən Azərbaycanda keçirilməsi nəzərdə tutulur.