“Instagram” hesabının bloklanması bir çox səbəblərdən qaynaqlana bilər. Bunlara aiddir:
1) Uyğun olmayan məzmunun yerləşdirilməsi, çılpaqlıq, nifrət nitqi, təhdid və ya zorakılıq ehtiva edən məzmun,
2) Başqasına məxsus məzmunu onun icazəsi olmadan paylaşmaq,
3) Təkrarlanan şərhlər və mesajlar yazmaq,
4) İzləyici və bəyənmə satın almaq, hərəkətləri avtomatlaşdıran üçüncü tərəf proqramlardan istifadə və başqasını təqlid etmək,
5) Birdən çox istifadəçi tərəfindən şikayət edilmək.
Daha ətraflı məlumat almaq üçün help.instagram.com adresinə daxil olub, “Şərtlər və siyasətlər (Terms and Policies) ” bölməsinin “İcma qaydaları (Community Guidelines)” hissəsindən təlimatlarla tanış ola blərsiniz.