QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.

10 Dec 2024

9 dekabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.

Ümumilikdə 45 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı “İnformasiya təhlükəsizliyi üzrə müdafiə sistemləri” mövzusunda çıxış etmiş, tələbələrin suallarını cavablandırmışdır.

Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, gələcək karyera planlanmasında tələbələri istiqamətləndirməkdir.

 

Digər xəbərlər

BÜTÜN XƏBƏRLƏR