QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidmətinin nümayəndə heyəti KazHackStan2024 konfransında iştirak ediblər.

16 Sep 2024

 

 

 

Cari ilin 11-13 sentyabr tarixlərində Elektron Təhlükəsizlik Xidmətinin nümayəndə heyəti Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən İnformasiya Təhlükəsizliyi Komitəsi və həmin ölkənin özəl CERT-i olan TSARKA-nın birgə təşkilatçılığı ilə keçirilmiş “KazHackStan2024” konfransında iştirak ediblər.

Mərkəzi Asiya regionunun kibertəhlükəsizlik sahəsində ən praktiki konfransı kimi qiymətləndirilən KazHackStan2024, rəqəmsal təhlükəsizlik çərçivəsində adıçəkilən sahədə fəaliyyət göstərən hökümət rəsmiləri, mütəxəssis, aparıcı ekspert və biznes nümayəndələrini bir araya gətirib.

Konfransın əsas məqsədi kibertəhdidlərə və kiberinsidentlərə qarşı mübarizə barədə fikir mübadiləsinin aparılması, kibertəhlükəsizlik üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlil edilməsi, eləcə də potensial əməkdaşlıq imkanlarının genişləndirilməsinə ilə bağlı müzakirələrin aparılmasıdır.