QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidməti tərəfindən KOBİA-da maarifləndirmə tədbiri təşkil olunub

08 Apr 2024

6 aprel tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq və kibergigiyenanı təmin etmək məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Ümumilikdə 30 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.

ETX VƏ KOBİA arasında əməkdaşlığın qurulması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda qeyd olunan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərinin keçirilməsini təşkil etmək, bu barədə televiziya proqramları, videoçarxlar hazırlamaq və nümayiş etdirmək, ictimai mübarizə üsulları və bu üsullardan istifadə barədə cəmiyyətin, fərdlərin bilik səviyyəsini yüksəltmək, həmçinin dövlət orqanlarında (qurumlarında), özəl təşkilatlarda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq – kibergigiyenanı təmin etmək məqsədi daşıyır.