QAYNAR XƏTT 1654

"Malvertising" nədir?

19 Jan 2024

                  

"Malvertising" zərərverici proqramlarla təchiz olunmuş reklamların veb-saytların daxilində yerləşdirilməsidir. Bu üsul kiberdələduzlar tərəfindən geniş istifadə olunur, çünki bunu aşkar etmək çətindir və çox vaxt diqqətdən kənarda qalır. Zərərli proqramlar adətən onlayn reklamlara yerləşdirilir və istifadəçilər axtarış etdikləri zamanı qarşısına çıxır. Kiberdələduzlar daha geniş auditoriyaya çatmaq üçün bu reklamları tanınmış veb-saytlarda da yerləşdirə bilərlər.
Bəzi veb-saytlarda "Bir kliklə hədiyyə qazan!", "Kompüteriniz virusa yoluxub!" tipli "malvertising" nümunələri ilə qarşılaşa bilərsiniz. Odur ki, bu kimi hallara qarşı diqqətli olun.