QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirlərini davam etdirir

06 Jun 2024

3, 4 və 6 iyunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 189-190, 47, 200, 139 və 166 nömrəli tam orta məktəblərdə növbəti maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub.

Ümumilikdə 510 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı “Kiberbullinqə qarşı mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.