1 və 2 mayda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 158 və 167 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub.
Ümumilikdə 260 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi”, “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.