QAYNAR XƏTT 1654

ETX tərəfindən “Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

06 Apr 2024

4 və 5 aprel tarixlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə layihənin əməkdaşları üçün maarifləndirmə tədbirləri keçirilib.

Ümumilikdə 220 nəfərin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşları tərəfindən “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxışlar edilib. Çıxışlarda kibertəhlükələrdən qorunma istiqamətində maarifləndirici məlumatlar verilib.

Cari ilin sonuna qədər Bakı və Abşeron üzrə 66, bölgələr üzrə isə 11 məktəb olmaqla, ümumilikdə 12,000 məktəblinin ETX tərəfindən maarifləndirilməsi nəzərdə tutulur.