OIC-CERT, 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin kibertəhlükəsizlik məsələlərinə dəstək olmaq üçün yaradılmış təşkilatdır. Təşkilatın məqsədi üzv ölkələrə qarşı kiberhücumlar və digər təhlükəsizlik insidentləri baş verdiyi zaman onlara köməklik göstərmək, həmçinin üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı təşviq edərək məlumat mübadiləsini təmin etmək, kibertəhlükəsizlik imkanlarını təkmilləşdirmək və təhlükəsizlik həlləri üzrə birgə işləməyə dəstək olmaqdır.