QAYNAR XƏTT 1654

Elektron Təhlükəsiz Xidməti və Qazaxıstanın İnformasiya Təhlükəsizliyi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb.

08 Aug 2024

Elektron Təhlükəsiz Xidməti və Qazaxıstanın İnformasiya Təhlükəsizliyi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndə heyəti cari ilin 5-7 avqust tarixləri arasında Qazaxıstana etdiyi işgüzar səfər çərçivəsində Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən İnformasiya Təhlükəsizliyi Komitəsi ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalayıb. Anlaşma Memorandumu tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.

Qeyd edək ki, ETX Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının icrasına uyğun olaraq digər ölkələrin CERT-ləri və oxşar qurumları ilə əməkdaşlığın qurulması istiqamətində fəaliyyətini davam etdirir.