QAYNAR XƏTT 1654

Tətbiq yenilənməsi nə qədər vacibdir?

22 Jan 2024

                   

Tətbiq yeniləmələri cihazlarımızın təhlükəsizliyində mühüm rol oynayır və bu da həssas məlumatlarımızın daha yaxşı qorunması ilə nəticələnir. Tətbiqləri ən son versiyaya yeniləmədikdə kiberdələduzlar tətbiqlərin cari versiyasındakı boşluqlardan yararlanaraq cihazınızı və fərdi məlumatlarınızı ələ keçirə bilərlər. Bu səbəbdən tətbiqləri mütəmadi olaraq ən son versiyaya yeniləməyi və cihazınızda artıq istifadə etmədiyiniz tətbiq varsa, onları silməyi tövsiyə edirik.