Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsi nəzdində Azərbaycan-Fransız Universitetinin (UFAZ) birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
Ümumilikdə 50 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı tərəfindən “Real kiberhücum nümunələrinin analizi” və “Kibertəhlükəsizlik sahəsində karyera planlanması” mövzularında çıxışlar edilib
Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, gələcək karyera planlanmasında tələbələri istiqamətləndirməkdir.