QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidməti və XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi əməkdaşlığa başlayıb

12 Jun 2024

İyunun 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması sahəsində birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində ETX-nin XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsil alan şagirdlər üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, qurum nümayəndələrinin bu təhsil müəssisəsinin tədbirlərində qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.